• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • İki oğul faciəsindən keçən 13 il - DANIŞAN DƏLİLƏR, SUSDURULAN QANUN, ARANMAYAN MÜQƏSSİR...

    07

    okt

    İki oğul faciəsindən keçən 13 il - DANIŞAN DƏLİLƏR, SUSDURULAN QANUN, ARANMAYAN MÜQƏSSİR...

    Əslində yazılası çox nüansal var. Həyatın verdiyi dəhşətli acını sözlə ifadə etmək təsginlik və səbrə işarədir. Amma, onu deyə bilərəm ki, daha bir payız gecəsində bir atanın ömürünə fələyin caladığı acı günü anmadan olmur.  Beləki, acıların ən böyüyün yaşayan tanınmış jurnalist, Bolgexeber.com və Ekologiya.az saytınlarının rəhbəri Vasif Turanın bu gündə ömrünə pay olan acı yazı. O həmin gecə, jurnalistin  övladlarının faciəvi şəkildə dünyalarını dəyişməsindən nə az, nə çox düz 13 il keçir. 7 oktyabr 2011-ci ildə Qobu qəsəbəsində baş verən dəhşətli yanğın hadisəsi nəticəsində 9 yaşlı Rüfətlə, 11 yaşlı Əhməd yanaraq, faciəvi şəkildə dünyalarını dəyişməsi, jurnalist atanı illərdir bu acı ilə yaşamağa vadar edib. Bununla yanaşı bu illər ərzində cinayəti törədənlərə hələdə "gözün üstə qaşın var" deyən yoxdu...

    İllərdir nəticəsiz qalan istindaq ya gizlədilir, ya da bağlı hesab edilir. İstintaqın nəticəsindən narazı qalan jurnalist ata bu illər ərzində bir neçə dəfə baş prokurorluğa müraciət etsədə nəticə yenə dəyişməyib.

    Hadisə ilə bağlı jurnalist atanın dediklərin yenidən xatırlayaq:

    " Rüfətlə Əhməd o qədər uşaq deyildilər ki, yanğın baş verdiyi halda evdən çıxa bilməsinlər. Üstəlik, Əhməd taekovando ilə məşğul olurmuş və onun pəncərədən aşaraq evdən çıxa bilməsi mümkünsüz görünür:


    “Evin qısa müddətdə yanması, uşaqların evdən çıxa bilməməsi, evin qapısının arxadan bağlı olması, ondan əvvəl təhdid olunmağım və digər hallar yekunda o qənaətə gəlməyimə səbəb oldu ki, bu mənə və övladlarıma qarşı törədilmiş terrordur. Oda maraqlıdır ki, cinayət işininə xitam verilməsilə bağlı aktı mənim təkidli müraciətlərdən sonra, yalnız 28.09.2018-ci il tarixində təqdim olunub. Amma ötən bu illər ərzində bizə cinayət işinin davam etdirilməsinə dair həqiqətdən uzaq açıqlamalar verilib. Sual olunur, cinayət işinə 2012-ci ildən xitam verilibsə bu mənə niyə 6 ildən sonra – 2018-ci ildə, davamlı müraciətlərimdən sonra deyilir? Mən baş verən bu ağır cinayət işinə xitam verilməsilə barışmayacağımı dəfələrlə bildirmişəm. Tam əminliklə deyirəm ki, evimi qəstdən yandırıblar. Bunu istintaq dönəmində də israrla bildirmişəm. Bu gün də həmin qənaətdəyəm. Bu cinayətin üstü əvvəl-axır açılacağına çox inanıram. Mənim də yalnız bundan sonra ürəyim təskinlik tapar ki, cinayətkarlar yaxalandı və cəzalarını aldı..”!



    Qeyd edək ki, baş vermiş ağır faciə iddiaya görə cinayət hadisəsidir. Bu illər ərzində cinayət işi hansı səbəblərdənsə açılmış, hadisənin başvermə səbəbləri ailə və media üçün hələ də naməlum olaraq qalmaqdadır. Hələ bu azmış kimi cinayət işinə hələ 2012-ci ilin avqustundan xitam verilməsi və bununla da 2 körpənin ölümünə səbəb olmuş ağır cinayət hadisəsilə bağlı işin istintaqı yekunlaşdırılması daha bir acı faciədir desək yanılmarıq. 

    Yenə də bizlərə və həyatını dövlətçiliyə və millətmizə adayan, illərdir acıdan qıvrılan ataya (Vasif Turan) səbrlər diləyir, iki mələyinin yeri cənnət olsun deyirirk. Vəhşiliklə törədilən hadisə bir gün çözülər, kimliyindən aslı olmayaraq səbəbkarlar cəzalarını zindanlarda alar ümüdü ilə. Hər kəsə məlumdur ki, biz çox güclü hüquqi dövlətdə yaşayırıq. Bu dövlətin də polad iradəli rəhhbəri var. Biz hər zaman ona inanmışıq, ondan kömək istəmişik. O günün, bu gün olacağına inanırıq...! 

    Aysel Səma

    Bölgexeber.com

    Tarix : 7-10-2024, 14:41 | Oxunub: 1 624