• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Pakistan Senatının sədri: Ölkəmiz Bakıda keçiriləcək COP29-da layiqincə təmsil olunacaq

    09

    okt

    Pakistan Senatının sədri: Ölkəmiz Bakıda keçiriləcək COP29-da layiqincə təmsil olunacaq

    Pakistan Bakıda keçiriləcək COP29-da layiqincə təmsil olunacaq.


    AZƏRTAC xəbər verir ki, bu sözləri Pakistan Senatının sədri Yusif Rza Gilani Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov ilə görüşü zamanı söyləyib. O, iki ölkə arasında mədəni və dini əlaqələrə əsaslanan qardaşlıq münasibətlərini yüksək qiymətləndirdiyini vurğulayaraq, ticarət dövriyyəsinin son illər ardıcıl olaraq artdığını bildirib.


    Yusif Rza Gilani parlamentlər səviyyəsində mütəmadi şəkildə ikitərəfli mübadilələrin aparılmasının əhəmiyyətindən danışıb.


    Görüşdə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov iki ölkə arasında müxtəlif sektorlarda əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayıb. O, Pakistanın Azərbaycan üçün mühüm ölkə olduğunu və ölkəmizin Pakistanla əlaqələrini daha da genişləndirməkdə maraqlı olduğunu ifadə edib.

    Tarix : 9-10-2024, 13:50 | Oxunub: 1 368