• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Gələcəkdə iqlim ssenarilərindən asılı olaraq Xəzərin 8-10 metr düşməsi proqnozlaşdırılır

    17

    okt

    Gələcəkdə iqlim ssenarilərindən asılı olaraq Xəzərin 8-10 metr düşməsi proqnozlaşdırılır

    Gələcək illərdə iqlim ssenarilərindən asılı olaraq Xəzər dənizinin səviyyəsinin 8-10 metr düşməsi proqnozlaşdırılır.

    "Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdir müavini Rafiq Verdiyev ADA Universitetində "Su və gender bərabərliyi" mövzusunda keçirilən konfransda deyib.

    O qeyd edib ki, burada insan amili ilə yanaşı iqlim dəyişikliyinin təsirləri var: "Hazırda Azərbaycan COP29-a qədər iqlim dəyişikliyinə uyğunlaşma və milli adaptasiya proqramı üzərində çalışır. Bu proqram çərçivəsində gələcəkdə iqlim dəyişikliyi səbəbindən su resurslarının azalmasının qarşısının alınması, su ehtiyatlarından səmərəli istifadə, bütün sahələrdə su təminatının yaxşılaşdırılmasına yönələn adaptasiya tədbirləri nəzərdə tutulub".

    Tarix : 17-10-2024, 11:52 | Oxunub: 1 488