• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Polis Zərdabda ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılanlar var - FOTO

    21

    okt

    Polis Zərdabda ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılanlar var - FOTO

    Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində yerləşən beş obyektdən oğurluq etməkdə şübhəli bilinən Cavid Qafarov, Murad Nəbiyev və İsmayıl Namazlını saxlayıb.

    Bu barədə EÜkologiya.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

    Bildirilib ki, hadisə zamanı dəstə üzvləri tərəfindən ələ keçirilən əşyaların bir qismi, eləcə də cinayətdə istifadə olunan alətlər polis əməkdaşları tərəfindən aşkar olunaraq maddi sübut kimi götürülüb. Məlumata görə, faktlarla bağlı araşdırmalar davam etdirilir.



    Tarix : 21-10-2024, 17:25 | Oxunub: 1 720