• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • ETSN: Yağıntılı hava davam edir, gün ərzində tədricən kəsiləcək

    22

    okt

    ETSN: Yağıntılı hava davam edir, gün ərzində tədricən kəsiləcək

    Hazırda Azərbaycanda yağıntılı hava şəraiti davam edir.

    Ekologiya.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib.

    Xidmətin rəsmisi bildirib ki, müşahidə olunan yağıntılı hava şəraiti oktyabrın 22-si günün ikinci yarısından Bakıda və Abşeron yarımadasında, axşam isə qərb rayonlarından başlayaraq əksər rayonlarda tədricən kəsiləcək.

    “Oktyabrın 23-ü gündüz və 24-də ölkə ərazisində hava şəraitinin mülayimləşəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək”.

    Tarix : 22-10-2024, 09:33 | Oxunub: 2 112