• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Cəlilabadda zibil paliqonunu idarə edənlər, zibillikdə yaşanan mövcud vəziyyətlə bağlı qanun tanımır  - VİDEO

    26

    okt

    Cəlilabadda zibil paliqonunu idarə edənlər, zibillikdə yaşanan mövcud vəziyyətlə bağlı qanun tanımır - VİDEO

    Yenə də qayıdaq zibil paliqonlarında yaşanan neqativ hallara.

     Regionlarımızda illərdir yığılıb qalan zibil paliqonlarında olan ekoloji qaydalara riayət edilməməsi yerli sakinlərin haqlı narazılığına səbəb olmaqdadı.

     Ekologiya.az-ın əməkdaşları məlum narazılıqla bağlı növbəti araşdırmanı Cəlilabad rayonunda aparıb. 

    Beləki, rayonda yaşanan  zibil  çeşidlənməsi ilə bağlı  problemi yerində araşdıran əməkdaşlarımız onlarla insanın motoskletlə zibilliyə girərək, qaydalara riayət etmədən zibil çeşidlənməsi aparması rayonda illərdir həllini tapmayan problemdir.

     Bu halın "çiçək"lənməsi icra hakimiyyətinin və  şəhər bələdiyyəsinin gözü qarşısında həyata keçirilir.

     Mövcud hal, çəkilən görüntülərdə  də açıq şəkildə məlum olur. Göründüyü qədər rayonun zibil paliqonunda olan  bu acınacaqlı hal, antisanitar vəziyyətin hökm sürdüyünü açıq-aydın göstərir.

     İllərdir qeyri-rəsmi zipli paliqonu olaraq  tanınan bu ərazi sanki bəzi "zibil işbazları"nın "çörəyağaçı"na çevrilib.


    Sözügedən ərazidə zibil konteynerlərinin olmaması, vaxtında təmizlənməyən və sürətlə böyüyən natəmizlikdə aparılan çeşidləmə qanunauyğun həyata keçirilməmısi  bərbad mənzərəyə çevrilib. 


    Sakinlərində dediyinə görə, onlar dəfələrlə bu barədə şəhər bələdiyyəsinə və İH-nın aidiyyatı qurumuna müraciət etsələr də, məsələ həllini tapmayıb ki, tapmayıb. 

    Yerli sakinlər onu da bildirib ki ETSN-nin Regional idarəsi və Ekologiya Təhlükəsizlik Xidmətinin əməkdaşları sözügedən zibil paliqonu ilə bağlı cərimələr yazıb, pratoqollar tərtib etsələr də məlum problem olduğu kimi qalmaqdadır. Yəni Cəlilabad zibil paliqonunu idarə edən şəxslər zibillikdə yaşanan mövcud vəziyyətlə bağlı  qanun tanımır desək yanılmarıq.

    Ətraflı videoda:  



    Tarix : 26-10-2024, 08:06 | Oxunub: 1 904