• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Muxtar Babayev Kolumbiya XİN başçısı ilə biomüxtəlifliyin qorunması məsələlərini müzakirə edib

    30

    okt

    Muxtar Babayev Kolumbiya XİN başçısı ilə biomüxtəlifliyin qorunması məsələlərini müzakirə edib

    COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Kolumbiyanın xarici işlər naziri Luis Gilberto Murillo ilə görüşüb.

    Ekologiya.az xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat verilib.

    “COP16 çərçivəsində Muxtar Babayev və Gilberto Murillo arasında baş tutan görüşdə iqlimə davamlılığın təmin edilməsi üçün qlobal tərəfdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.

    Kolumbiya COP16-nın ev sahibi kimi ölkələri “təbiətlə sülh”ə nail olmaq və planetimizin gələcəyini qorumaq üçün biomüxtəlifliyin qorunub saxlanılması ilə bağlı öz milli strategiyaları və fəaliyyət planları ətrafında birləşdirməkdə əsas rol oynayır”, – məlumatda bildirilib.

    Tarix : 30-10-2024, 12:42 | Oxunub: 1 424