• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Daha bir ölkənin prezidentinin COP29-da iştirakı təsdiqləndi

    31

    okt

    Daha bir ölkənin prezidentinin COP29-da iştirakı təsdiqləndi

    Latviya Prezidenti Edqars Rinkeviç COP29-da iştirak edəcək.

    Ekologiya.az xəbər verir ki, bu barədə APA-ya Latviyanın Azərbaycan Respublikasındakı səfiri Edqars Skuya deyib.



    Ad - 00:16


    O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Latviya Prezidenti Edqars Rinkeviç COP29-da iştirakını təsdiqləyib. Rinkeviç öz nümayəndə heyəti ilə iştirak edəcək.

    “İlin ən böyük zirvə toplantısı olan COP29-a Azərbaycanın ev sahibliyi etməsi bizi çox sevindirir, iqlim dəyişikliyinin maliyyələşdirilməsi, deməliyəm ki, həlledici məsələlərdən biridir. Biz müzakirələri dəstəkləyirik. Biz bu kimi məsələlərdə fəal iştirak edəcəyik. Ümid edirik ki, COP29-da daha sonra konsensusa və çox yaxşı qərarlara nail olacağıq”, - deyə səfir əlavə edib.

    Tarix : 31-10-2024, 08:00 | Oxunub: 1 696