• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Nazir müavini: "Yaşıl infrastruktur"u və "yaşıl ekosistem"i inkişaf etdirməyə məcburuq"

    31

    okt

    Nazir müavini: "Yaşıl infrastruktur"u və "yaşıl ekosistem"i inkişaf etdirməyə məcburuq"

    Azərbaycan "yaşıl infrastruktur"u və "yaşıl ekosistem"i inkişaf etdirmək məcburiyyətindədir.

    "Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli təmsil etdiyi qurumun və BMT-nin ölkəmizdəki nümayəndəliyinin təşkilatçılığı ilə Bakıda keçirilən “Gələcəyin sədaları: İqlim fəaliyyəti və qlobal məqsədlərə yönələn səylərin əlaqələndirilməsi” mövzusunda təşkil edilən Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda bildirib.

    "Ölkəmizin rəqabət qabiliyyətliliyinin təmin edilməsi, xüsusilə koronavirus (COVID19) pandemiyasından sonra tədarük zəncirinin diversifikasiyası "yaşıl ekosistem"in inkişafı üçün daha böyük perspektivləri ortaya çıxarır. Bizim də növbəti illərdə əsas hədəfimiz bu istiqamətdə siyasət həyata keçirməkdir", - deyə o qeyd edib.

    Tarix : 31-10-2024, 17:25 | Oxunub: 1 200