• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Əhaliyə təcili XƏBƏRDARLIQ - Noyabrın 2-si və 3-ü...

    01

    noy

    Əhaliyə təcili XƏBƏRDARLIQ - Noyabrın 2-si və 3-ü...

    Noyabrın 2-3-ü gecə və səhər Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq verilib.

    Ekologiya.az quruma istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq arabir 13.9-20.7 m/san təşkil edəcək.

    Sarı xəbərdarlığa uyğun olaraq Hacıqabul, Şirvan, Qobustan, Mingəçevir, Naftalan, Goranboy, Gəncə, Göygöl, Daşkəsəndə fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

    Tarix : 1-11-2024, 21:27 | Oxunub: 3 096