• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Hacıqabulda ətraf mühiti məişət tullantıları ilə zibilləyən şəxslər barəsində tədbirlər görülüb

    02

    noy

    Hacıqabulda ətraf mühiti məişət tullantıları ilə zibilləyən şəxslər barəsində tədbirlər görülüb

    Hacıqabulda ətraf mühiti məişət tullantıları ilə zibilləyən şəxslər barəsində tədbirlər görülüb.  

     Ekologiya.az bildirir ki, sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Baş İctimai Təhlükəsizlik İdarəsinin və Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər zamanı məişət tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılması, ətrafın zibillənməsi halları aşkar edilib. 

     Qeyd edilən qayda pozuntusuna yol verən şəxslər barəsindən inzibati qaydada protokollar tərtib edilib və onların hər biri məsuliyyətə cəlb olunub. Bu istiqamətdə tədbirlər davam etdirilir.

    Tarix : 2-11-2024, 10:30 | Oxunub: 1 752