• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bir sıra rayonlarda qar yağır – FAKTİKİ HAVA

    04

    noy

    Bir sıra rayonlarda qar yağır – FAKTİKİ HAVA

    Milli Hidrometeorologiya Xidmətinin noyabrın 4-nə olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Lənkəran-Astara bölgəsində yağıntılar leysan xarakterli intensiv olub.

    Bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosundan Ekologiya.az-a bildirilib.

    Onun sözlərinə görə, Gədəbəy, Kəlbəcər, Şahdağ, Quba, Xaltan, Xınalıq, Altıağac, Qusarda qar, digər bölgələrdə isə yağış yağır.

    O qeyd edib ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3-6 mm, Lənkəran-Astara zonasında 15-54 mm, Daşkəsən-Gədəbəydə 9-15 mm, Dağlıq Şirvanda 6-17 mm, Mərkəzi Aranda 7-13 mm, Qarabağ və Şərqi-Zəngəzur, Gəncə-Qazaxda 2-6 mm, Naxçıvan MR-da 4-8 mm, Balakən-Şəkidə 3-6 mm, Quba-Qusarda 3-5 mm təşkil edir.

    “Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9, Naxçıvan MR-da 9, Aran rayonlarında 10, dağlıq rayonlarda 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 8 dərəcəyədək şaxta qeydə alınıb.

    Yağıntılı hava şəraiti noyabrın 4-ü axşama doğru tədricən kəsiləcək”.

    Tarix : 4-11-2024, 09:33 | Oxunub: 2 792