• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • DETX-nin məlumatı: Qanunsuz balıq ovlayan şəxslər saxlanıldı

    05

    noy

    DETX-nin məlumatı: Qanunsuz balıq ovlayan şəxslər saxlanıldı

    Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Siyəzən rayonunun inzibati ərazisindəki akvatoriyasında və Kür çayının Neftçala rayonundan keçən hissəsində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. 


    Ekologiya.az bildirir ki, araşdırma zamanı həmin şəxslərin Neftçala rayonu Mayak-1 kənd sakini Məmməd Məmmədov, Siyəzən rayonu  Balaca Həmyə kənd sakinləri Vüsal Mayılov, Nəsrəddin Musayev və Sərdar Sərdarov olduğu müəyyən edilib. Onlardan müxtəlif ov alətləri aşkar edilərək götürülüb. 


    Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.

    Tarix : 5-11-2024, 14:00 | Oxunub: 1 264