• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • “Azərsun Holdinq”in COP29 hazırlıqları yekunlaşmaq üzrədir

    06

    noy

    “Azərsun Holdinq”in COP29 hazırlıqları yekunlaşmaq üzrədir

    Məlum olduğu kimi, dünya əhəmiyyətli, beynəlxalq layihə olan COP29-un başlamasına sayılı günlər qalıb. COP29-un Dayanıqlı İnkişaf tərəfdaşı olan “Azərsun Holdinq”in hazırlıqları da yekunlaşmaq üzrədir. Mavi zonada “Azerçay” markası ilə təmsil olunan şirkətlər qrupu həmçinin layihənin əsas çay təminatçısıdır.

    Eyni zamanda, Yaşıl zonada 300 kv metrlik ərazini əhatə edən pavilyona sahibdir. Vurğulamaq lazımdır ki, 11-22 noyabr tarixlərində keçiriləcək qlobal konfrans çərçivəsində şirkətlər qrupunun pavilyonunda müxtəlif tədbirlər keçiriləcək. Hazırlıq işləri ilə tanış olmaq, görülən işləri nəzərdən keçirmək üçün holdinqin nümayəndələri və tərəfdaşları Sustainera Solutions şirkətinin və Media Balans agentliyinin rəhbərləri pavilyona baş çəkiblər.

    Qeyd edək kİ, “Azərsun Holdinq” öncəki illərdə də ölkəmizdə təşkil olunan bir çox qlobal layihələrin əsas tərəfdaşı qismində çıxış edib və hər kəsi Yaşıl zonada yerləşən pavilyonu ziyarət etməyə dəvət edir.

    Tarix : 6-11-2024, 17:20 | Oxunub: 1 792