• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bakıda “Yaşıl şəhər nəqliyyatı” mövzusunda dəyirmi masa təşkil ediləcək

    08

    noy

    Bakıda “Yaşıl şəhər nəqliyyatı” mövzusunda dəyirmi masa təşkil ediləcək

    Noyabrın 20-də Bakıda COP29 çərçivəsində “Yaşıl şəhər nəqliyyatı” mövzusunda nazirlərin dəyirmi masası keçiriləcək.

    Bu barədə "APA-Economics"ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) bildirilib.

    Urbanizasiya, Turizm və Nəqliyyat Günü çərçivəsində keçiriləcək tədbir “Şəhər nəqliyyatının yaşıllaşdırılması” mövzusunun tematik olaraq dərindən öyrənilməsinə həsr ediləcək.

    Dəyirmi masanın təşkilatçıları Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, COP29 Azərbaycan Əməliyyat Şirkəti, Beynəlxalq Nəqliyyat Forumu (ITF) və BMT-nin aparıcı təsisatı olan Məskunlaşma Proqramıdır (UN-Habitat).

    Tədbirlə bağlı ətraflı məlumatı bu linkdən əldə etmək olar.

    Tarix : 8-11-2024, 13:35 | Oxunub: 1 152