• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bazar günü Bakıda yağış yağacaq

    09

    noy

    Bazar günü Bakıda yağış yağacaq

    Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata görə, gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

    Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-11° isti, gündüz 13-17° isti olacaq. Atmosfer təzyiqi 772 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət gecə və gündüz 70-80 % olacaq.

    Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 5-8° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.

    Tarix : 9-11-2024, 17:35 | Oxunub: 1 248