• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • COP29 Cənubi Qafqaz regionu üçün mühüm hadisədir - Kobaxidze

    12

    noy

    COP29 Cənubi Qafqaz regionu üçün mühüm hadisədir - Kobaxidze

    Gürcüstan iqlim böhranının aradan qaldırılması ideyasına sadiq qalır və müsbət dəyişiklikləri dəstəkləmək üçün təsirli tədbirlər görməyə davam edir.

    Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze X sosial şəbəkəsində yazıb.

    Hökumət başçısı qeyd edib ki, BMT-nin Bakıda keçirilən iqlim dəyişikliyi konfransı Cənubi Qafqaz regionu üçün mühüm hadisədir.

    “Bakıda davam edən BMT-nin iqlim dəyişikliyi konfransında iştirak etmək mənim üçün şərəfdir. Bu, Cənubi Qafqaz regionu üçün mühüm hadisədir. Biz tərəfdaşlarımızla birlikdə iqlim dəyişikliyindən yaranan problemləri və davamlı gələcək üçün onların effektiv həlli yollarını müzakirə etdik”, – deyə Baş nazir vurğulayıb.

    Tarix : 12-11-2024, 20:40 | Oxunub: 1 264