• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • İndoneziya Prezidentinin xüsusi nümayəndəsi: İqlim dəyişikliyi ilə bağlı danışıqlar uğurla gedir

    13

    noy

    İndoneziya Prezidentinin xüsusi nümayəndəsi: İqlim dəyişikliyi ilə bağlı danışıqlar uğurla gedir

    Azərbaycan və İndoneziya iqlim dəyişikliyi ilə bağlı məsələlər üzrə fəal müzakirələr aparır.

    Bunu İndoneziya Prezidentinin enerji və ətraf mühit üzrə xüsusi nümayəndəsi Haşim Cocohadikusumo Bakıda keçirilən COP29 konfransı çərçivəsində “Report”a eksklüziv açıqlamasında deyib.

    O qeyd edib ki, Azərbaycanla, eləcə də müxtəlif ölkələrin bütün maraqlı tərəfləri və çoxtərəfli təşkilatlarla danışıqlar uğurla gedir.

    COP29-da İndoneziyanın təşəbbüsündən danışan xüsusi nümayəndə vurğulayıb ki, ölkə meşələrin bərpası proqramı təqdim edəcək.

    “Daha əvvəl də qeyd etdiyim proqramlardan biri odur ki, hökumətimiz yaxın illərdə genişmiqyaslı meşələrin bərpası proqramına başlayacaq. Bu, azı 12 milyon hektar ərazi olacaq”, - o söyləyib.

    Tarix : 13-11-2024, 20:20 | Oxunub: 1 456