• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • COP29-da su qıtlığı ilə bağlı problemlərin həlli və qarşısının alınması yolları müzakirə edilib

    14

    noy

    COP29-da su qıtlığı ilə bağlı problemlərin həlli və qarşısının alınması yolları müzakirə edilib

    "Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyi COP29 çərçivəsində "Yaşıl Zona"da yerləşən Milli QHT Forumu pavilyonunda "Suvarma və içməli su təchizatı üçün icma səviyyəli həll variantları" mövzusunda panel müzakirəsi təşkil edib.

    "Report"un məlumatına görə, tədbirdə QHT nümayəndələri, ekspertlər və icma üzvləri iştirak ediblər.

    Panel müzakirəsi zamanı su qıtlığı ilə bağlı problemlərin həlli və qarşısının alınması yolları müzakirə edilib.

    İştirakçılar su resurslarının qənaətli və təhlükəsiz istifadəsi, su mənbələrinin dayanıqlılığı üçün tətbiq edilən strategiyalar barədə fikirlər bildiriblər.

    Tarix : 14-11-2024, 22:20 | Oxunub: 1 464