• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • "Haber Global": "Quterreş Bakıdan dünyaya səsləndi"

    22

    noy

    "Haber Global": "Quterreş Bakıdan dünyaya səsləndi"

    Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş bütün tərəfləri iqlim hədəfləri istiqamətində addımlar atmağa çağırıb.

    Ekologiya.az xəbər verir ki, "Haber Global" Quterreşin Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) çıxışını işıqlandırıb.

    Çıxışına Braziliyada keçirilən G20 Sammitindən qayıtdığını bildirməklə başlayan Quterreş burada COP29-un müzakirə edildiyini bildirib.

    Quterreş G20 liderlərinə COP29-da "yeni və iddialı" iqlim maliyyəsi hədəfinin təmin edilməsinə çağırdığını xatırladıb.

    COP-da ortaq bir nöqtə üzərində çalışıldığını bildirən Quterreş, "Razılaşma üçün impuls görürəm. Digər tərəfdən ciddi fikir ayrılıqları da var", - deyə bildirib.

    O, Bakıda yeni "iqlim maliyyəsi" hədəfi üzrə razılaşmanın zəruri olduğunu xatırladıb.

    Tarix : 22-11-2024, 19:35 | Oxunub: 1 376