• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Sabah güclü külək əsəcək - SARI XƏBƏRDARLIQ

    26

    noy

    Sabah güclü külək əsəcək - SARI XƏBƏRDARLIQ

    Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 27-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

    Ekologiya.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında, Gəncə, Samux, Naftalan, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Goranboy, Daşkəsən, Mingəçevir, Tərtər, Yevlax, Bərdə, Qobustan, Şabran, Siyəzən, Xızı, Neftçala, Salyan, Şirvan, Hacıqabulda fasilələrlə şimal-qərb küləyi əsəcək. Küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu sarı xəbərdarlığa uyğundur.

    Tarix : 26-11-2024, 20:05 | Oxunub: 1 960