• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Şamaxıda çökən yolun düzəlməsi günəşli günlərə qaldı

    27

    noy

    Şamaxıda çökən yolun düzəlməsi günəşli günlərə qaldı

    "Şamaxıda Çuxuryurd-Sis-Qaleybuğurd-Keçməddin-Qaladərəsi avtomobil yolunda yaranan problem hava şəraiti düzələn kimi aradan qaldırılacaq".

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli Oxu.Az-a açıqlamasında belə deyib.

    O qeyd edib ki, həmin yolun Çuxuryurd-Qaleybuğurd hissəsində intensiv yağışlar nəticəsində sürüşmə qeydə alınıb.

    "Hazırda hava şəraitinin düzəlməsi gözlənilir. Hava şəraiti düzələn kimi həmin ərazidə təmir-bərpa işləri icra olunacaq", - deyə A.Nəcəfli bildirib.

    Xatırladaq ki, Şamaxı rayonunda uzunluğu 16 kilometr olan Çuxuryurd-Sis-Qaleybuğurd-Keçməddin-Qaladərəsi avtomobil yolunda yenidən sürüşmə baş verib.

    Tarix : 27-11-2024, 18:55 | Oxunub: 1 896