• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • COP29-la bağlı yerli və qlobal mediada 106807 xəbər materialı verilib - DETALLAR

    02

    dek

    COP29-la bağlı yerli və qlobal mediada 106807 xəbər materialı verilib - DETALLAR

    "Mediatrends -Media Monitorinq və Təhlil Sisteminin alqoritmləri COP29-dan əvvəl, tədbir müddətində və indiyədək yerli, regional və dünya mediasında (xəbər saytları, bloqlar, çap mediasının saytları, sosial media ) COP29-la əlaqəli 106807 materialın verildiyini qeydə alıb.
    Mediatrends qlobal və regional medianın məhdud bir hissəsini monitorinq etdiyindən bu statistikanın xeyli çox olduğunu da düşünmək olar".

    Musavat.com bildirir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

    Ekspert qeyd edib ki, yalnız tədbir müddətində (11-23 noyabr) Mediatrends monitorinq etdiyi yerli, regional və qlobal media resurslarında COP29-la əlaqəli 50 773 materialın verildiyini qeydə alıb.

    "Mediatrends monitorinqinə görə tədbirin keçirildiyi müddətdə yerli mediada (xəbər saytları, bloqlar, çap mediasının saytları, sosial media ) 48 mindən çox xəbər istehsal edilib.

    Yerli sosial mediada COP29-la əlaqəli 10 mindən çox paylaşım edilib. Facebook və Telegram daha aktiv olub

    Mediatrends-in COP29-la bağlı bəzi media resurslarının xəbər istehsalı ilə bağlı statistikaları :

    AzerTac(az)- 6419 nəticə
    Report. az(az)- 4650 nəticə
    İkisahil. az- 4299 nəticə
    Report. az(en)- 3563 nəticə
    Report. az(ru)- 3658 nəticə
    Trend. az- 3503 nəticə
    Caliber. az(ru)- 3123 nəticə və s.

    Regional və xarici media resursları:

    The Guardian - 76 nəticə nəticə
    Milliyet.com.tr- 51 nəticə
    NewsCentralAsia.net- 46 nəticə
    Uza.uz- 43 nəticə
    UzDaily.uz- 38 nəticə
    Inform.kz-31 nəticə
    News.ge- 29 nəticə
    Kabar.kg- 29 nəticə
    Armenpress.am- 28 nəticə
    Lenta.ru- 21 nəticə
    Cnn.com- 15 nəticə
    Rbc.ru- 13 nəticə
    Khovar.tj- 7 nəticə
    Newsweek.com- 11 nəticə
    GeorgiaToday- 10 nəticə
    TengriNewsz.kz- 9 nəticə
    NoyanTapan. am - 6 nəticə və s".

    Osman Gündüz onu da qeyd edib ki, Mediatrends ölkəmizin media sektorunu, həmçinin Gürcüstan, Ermənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Rusiya və Türkiyənin əsas media resurslarını, eyni zamanda dünyanın əsas xəbər resurslarını da monitorinq edir.

    Xalidə Gəray

    Tarix : 2-12-2024, 12:35 | Oxunub: 1 088