• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Leysan xarakterli yağışlar olacaq -  bu tarixə qədər

    03

    dek

    Leysan xarakterli yağışlar olacaq - bu tarixə qədər

    Leysan xarakterli yağış fasilələrlə dekabrın 4-ü səhərədək davam edəcək.

    Milli Hidrometeorologiya Xidmətindən Ekologiya.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında  yağıntılı hava şəraiti davam edir. Dekabrın 3-ü saat 13:00-a olan məlumata əsasən hazırda yarımadanın bəzi yerlərində yağıntılar leysan xarakterlidir.
    Ekologiya.az-ın xəbərinə görə, bunu Xidmətin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. 
    O qeyd edib ki, müşahidə olunan leysan xarakterli yağışın fasilələrlə dekabrın 4-ü səhərədək davam edəcəyi gözlənilir.

    Tarix : 3-12-2024, 13:55 | Oxunub: 2 368