Volqoqrad vilayətində uşaq internat məktəbində suçiçəyi xəstəliyinin yayılması ilə əlaqədar karantin tətbiq edilib.
Ekologiya.az Rusiya mediasına istinadən xəbər verir ki, Kamışinski rayonunun Petrov Val şəhərində uşaqlar və “Günəşli ev” uşaq psixonevroloji internat məktəbinin işçisi arasında ilk su çiçəyi xəstəliyi qeydə alınıb.
Bununla əlaqədar Rospotrebnadzor sanitar-epidemioloji araşdırmaya başlayıb, karantin tətbiq edilib və dezinfeksiya işləri aparılıb. Tədbirlər həyata keçirilmişdir.