• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Səudiyyə Ərəbistanı 11-ci Qlobal Su Forumuna ev sahibliyi edəcək

    04

    dek

    Səudiyyə Ərəbistanı 11-ci Qlobal Su Forumuna ev sahibliyi edəcək

    Səudiyyə Ərəbistanı 2027-ci ildə 11-ci Qlobal Su Forumuna ev sahibliyi etməyə hazırlaşır.


    Ekologiya.az “Saudi Gazette” nəşrinə istinadla xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz əl-Səud ər-Riyadda keçirilən Qlobal Su Sammitində bildirib.


    Vəliəhd çıxışında, həmçinin mərkəzi qərargahı ər-Riyadda yerləşəcək Qlobal Su Təşkilatının təsis olunduğunu də elan edib. Qeyd edilib ki, təşkilat su ilə bağlı problemlərin beynəlxalq səviyyədə həlli, təcrübə mübadiləsi və su problemlərinə innovativ texnologiyalar kimi inklüziv həll yollarının tapılması üçün səyləri birləşdirəcək, tədqiqat və inkişafı gücləndirəcək.

    Tarix : 4-12-2024, 14:36 | Oxunub: 1 344