• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Sahibsiz buraxılan mal-qara qatarların hərəkətinə ciddi təhlükə yaradır - FOTO

    06

    dek

    Sahibsiz buraxılan mal-qara qatarların hərəkətinə ciddi təhlükə yaradır - FOTO

    Bu il ərzində "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus qatarlar sahibsiz buraxılmış təsərrüfat heyvanları ilə 42 dəfə toqquşub.

    Nəticədə heyvanlar tələf olur, qatarlara zərər dəyir, maşinist təcili tormozlama etməli olur ki, bu da qatar heyətinin və sərnişinlərin həyatına risk yaradır.

    ADY-dən Ekologiya.az-a verilən məlumata görə, bəzi heyvan sahibləri mal-qaranı dəmir yolundan keçirmək üçün hasarları sökür və bu da təhlükəsizliyə ciddi təhlükə yaradır. Həmin şəxslər qanunvericiliyə uyğun olaraq cərimələnirlər.

    Məlumata görə, ADY isə öz növbəsində bu cür hadisələri önləmək üçün sıx məskunlaşma ərazilərindən keçən dəmir yolu xətlərinin ətrafını hasarlayır.



    Tarix : 6-12-2024, 17:34 | Oxunub: 1 136