• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bakıda üç gün leysan olacaq

    07

    dek

    Bakıda üç gün leysan olacaq

    Bu gün, axşam saatlarından ayın 9-u axşamadək Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fasilələrlə yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir.

    Ekologiya.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

    Ötən gün düşən yağıntının miqdarı 3 mm-dək olub. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçib.

    Dekabrın 8-nə olan hava proqnozu

    Dekabrın 8-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

    Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli yağışın olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. 

    Havanın temperaturu gecə 7-9° isti, gündüz  9-11° isti olacaq. Atmosfer təzyiqi 774 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % proqnozlaşdırılır.

    Azərbaycanın bəzi rayonlarında arabir yağıntı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli yağışın olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.

    Havanın temperaturu gecə 2-7° isti, gündüz 7-12° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

    Tarix : 7-12-2024, 12:15 | Oxunub: 1 152