• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Külli miqdarda pirotexniki vasitələrin qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alınıb

    07

    dek

    Külli miqdarda pirotexniki vasitələrin qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alınıb

    Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin və Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən birgə tədbirlər nəticəsində külli miqdarda pirotexniki vasitələrin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

    Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Ekologiya.az-a verilən məlumata görə, Gürcüstan istiqamətindən "Qırmız Körpü” gömrük postu ilə ölkə ərazisinə daxil olan, mal müşayiət sənədlərində qeyd olunan "kartof” yükündən gizlətmə vasitəsi kimi istifadə edilən yük avtomobilinin qoşqusundan 185729 qutu pirotexniki vasitə və 2485 ədəd fişəng aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.

    Tarix : 7-12-2024, 13:50 | Oxunub: 1 240