• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Azad edilmiş ərazilərdə ekoloji hüquqpozmalarla bağlı 106 akt, 64 protokol tərtib olunub

    10

    dek

    Azad edilmiş ərazilərdə ekoloji hüquqpozmalarla bağlı 106 akt, 64 protokol tərtib olunub

    Cari ilin ötən dövrü ərzində işğaldan azad olunmuş ərazilərdə həyata keçirilmiş nəzarət tədbirləri zamanı aşkar edilmiş ekoloji hüquqpozmalarla bağlı ümumilikdə 106 akt, 64 protokol tərtib olunub.

    "Report"un Xankəndi şəhərinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Xaliq Mirzəyev Ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.

    O bildirib ki, nöqsanların aradan qaldırılması üçün 11 ədəd müddətli "Ekoloji tələb" verilib:

    "Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi, vəzifəli və fiziki şəxslərə ümumilikdə 147 min 60 manat məbləğində cərimə tətbiq edilib və ətraf mühitə dəymiş ziyanla bağlı 22 iş üzrə 29 273,57 manat məbləğində iddia qaldırılıb.16 işlə bağlı toplanmış materiallar aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib".

    Tarix : 10-12-2024, 15:15 | Oxunub: 1 064