• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • DETX Bakıda yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkarladı

    06

    fev

    DETX Bakıda yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkarladı

    Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

    Ekologiya.az bildirir ki, araşdırma zamanı Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi 1A, Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsi 283A ünvanlarında, Xəzər rayonu Mərdəkan qəsəbəsi Müşfiq Şahbazov küçəsində, Nəsimi rayonu Abay döngəsi 360-cı məhəllədə ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 25680 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

    Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

    Tarix : 6-02-2026, 19:15 | Oxunub: 2 880