• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Xocalı, Ağdərə və Xocavənddə təhlükəsiz bərk tullantılar üçün poliqon əraziləri seçilib

    10

    dek

    Xocalı, Ağdərə və Xocavənddə təhlükəsiz bərk tullantılar üçün poliqon əraziləri seçilib

    Xocalı (20ha), Ağdərə (10ha) və Xocavənd (10ha) rayonlarının ərazisində təhlükəsiz bərk tullantılar üçün poliqon əraziləri seçilib.

    "Report"un Xankəndi şəhərinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə "Təmiz Şəhər" ASC-nin Ekologiya şöbəsinin müdiri Səbuhi Babayev ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.

    Onun sözlərinə görə, seçilmiş torpaq sahələrinin "Təmiz Şəhər" ASC-nin İstifadəsinə verilməsi barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktub göndərilib:

    "Dövlət Komitəsi tullantı poliqonlarının yaradılması üçün Xocavənd və Xocalı rayonu ərazisində yerləşən torpaq sahəsinin "Təmiz Şəhər" ASC-nin istifadəsinə verilməsi barədə sərəncam verib. Ərazi ΑΝΑΜΑ tərəfindən mina və partlamamış hərbi sursatlardan təmizlənib".

    Tarix : 10-12-2024, 15:45 | Oxunub: 1 408