• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • ANAMA azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan mina və hərbi sursat barədə məlumatı açıqlayıb

    20

    fev

    ANAMA azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan mina və hərbi sursat barədə məlumatı açıqlayıb

    Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.


    ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, fevralın 12-dən 18-dək Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda piyada əleyhinə 33, tank əleyhinə 46 mina və 525 partlamamış hərbi sursat aşkarlanıb.


    Bildirilib ki, 886,1 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

    Tarix : 20-02-2024, 11:39 | Oxunub: 1 610