Ov qaydalarını pozan şəxslər saxlanılıb
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xızı, Xaçmaz və Lənkəran rayonlarının inzibati ərazisində ov qaydalarını pozan şəxslər saxlanılıb.
Ekologiya.az bildirir ki, araşdırma zamanı həmin şəxslərin Zəngilan rayonu Babaylı kənd sakini Müşfiq Qarayev, Xaçmaz rayonu Qaracəlli kənd sakini Faiq Aslanov, Lənkəran rayonu Balıqçılar qəsəbə sakinləri Fikrət Səfərov və Amid Talıbov olduğu müəyyən edilib, onlardan qanunsuz ovlanmış ov obyektləri aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı adıçəkilən şəxslər barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.