• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Qanunsuz balıq ovlayan şəxslər saxlanılıb - DETX

    11

    okt

    Qanunsuz balıq ovlayan şəxslər saxlanılıb - DETX

    Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Xaçmaz rayonunun inzibati ərazisindəki akvatoriyasında, Mingəçevir su anbarında və Zəyəmçay çayının Tovuz rayonu ərazisindən keçən hissəsində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. 

    Ekologiya.az bildirir ki, araşdırma zamanı həmin şəxslərin Siyəzən rayonu Yenikənd kənd sakini Pərviz Səmədov, Mingəçevir şəhər sakini İbrahim Məmmədov, Tovuz rayonu Qəribli kənd sakini Nəsib İsmayılov olduğu müəyyən edilib. Onlardan qanunsuz ovlanmış xeyli sayda balıq və istifadəsi qadağan olunmuş ov alətləri aşkar edilərək götürülüb. 

    Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.

    Tarix : 11-10-2024, 19:50 | Oxunub: 2 336