Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Quba və İsmayıllı rayonlarının inzibati ərazisində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar olunub.
Araşdırma zamanı qanunsuz kömür istehsalı ilə məşğul olan şəxslərin Quba rayonu Rustov kənd sakini Rafiq Orucov, İsmayıllı rayonu Qalınçaq kənd sakinləri Mirəddin Hacıyev, Hilal Fətəliyev və Eldəniz Allahverdiyev olduğu müəyyən edilib.
Faktlarla bağlı adıçəkilən şəxslər barəsində akt və protokol tərtib edilərək qanunamüvafiq tədbir görülüb, kömür quyuları isə ləğv edilib.Ekologiya.az