Masallıda qanunsuz ov faktları aşkarlanıb.
Polis əməkdaşları tərəfindən qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər nəticəsində R.Hüseynov və V.Eynullayevin Masallı rayonu ərazisində qanunsuz ov etdikləri müəyyən olunub. Həmin şəxslərdən 1 ədəd "TOZ" markalı ov tüfəngi, 1 ədəd "Kral Arms" markalı pnevmatik tüfəng və qanunsuz ovladıqları çöl quşları aşkarlanaraq götürülüb.
Bundan əlavə, keçirilən müvafiq tədbirlər zamanı Masallı rayonu ərazisində fəaliyyət göstərən iki restoranda ovlanması qadağan edilmiş çöl quşları aşkarlanıb.
Faktlar üzrə araşdırma aparılır.
Ekologiya.az