• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bakıda və Abşeronda qar yağacaq - XƏBƏRDARLIQ

    19

    dek

    Bakıda və Abşeronda qar yağacaq - XƏBƏRDARLIQ

    Bakıda və Abşeron yarımadasında dekabrın 18-i axşamdan 19-u gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

    Ekologiya.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, axşam və gecə yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi ehtimalı var.

    Qeyd edilib ki, Azərbaycanın rayonlarında da dekabrın 18-i səhər dağlıq ərazilərdən başlayaraq 19-u gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.

    Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var.

    Tarix : 19-12-2024, 10:47 | Oxunub: 1 576