• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Sumqayıtı qatı TÜSTÜ bürüyüb: 7 hektar ərazidə güclü YANĞIN DAVAM EDİR

    27

    noy

    Sumqayıtı qatı TÜSTÜ bürüyüb: 7 hektar ərazidə güclü YANĞIN DAVAM EDİR

    Sumqayıtı qatı TÜSTÜ bürüyüb

    Ekologiya.az Lent.az-a istinadla xəbər verir ki, Sumqayıtda yerləşən Məişət Tullantıları Poliqonunda gecə saatlarında başlayan yanğın davam edir.
    Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikası cəlb olunub.

    Bildirilib ki, yanğın 7 hektar ərazini əhatə edib. Küləkli hava şəraiti yanğını daha da genişləndirib. Bu səbəbdən də Sumqayıtın bir çox küçə və prospektlərində qatı tüstü əmələ gəlib. Yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

    Hadisənin başvermə səbəbləri araşdırılır.

    Tarix : 27-11-2023, 13:30 | Oxunub: 2 270