• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Qazaxıstanlı həkimdən təyyarə qəzasında yaralananların vəziyyəti barədə AÇIQLAMA

    26

    dek

    Qazaxıstanlı həkimdən təyyarə qəzasında yaralananların vəziyyəti barədə AÇIQLAMA

    "12:00-dan sonra xəstəxanamıza təyyarə qəzasında yaralanan 27 nəfər daxil olub. Onların 14-ü Azərbaycan vətəndaşlarıdır".

    Ekologiya.az xəbər verir ki, bunu Azərbaycan Televiziyasına təyyarə qəzası nəticəsində xəsarət alanların müalicə olunduğu Manqistau vilayət xəstəxanasının şöbə müdiri Janan Bayramova bildirib.

    Onun sözlərinə görə, 27 nəfərdən 11-i Ümumi Reanimasiya Mərkəzinə aparılıb. "Onların vəziyyəti ağır və həddən artıq ağırdır. Həmin xəstələrə reanimatoloqlar, cərrahlar, travmotoloqlar və neyrocərrahlar nəzarət edirlər", - deyə həkim qeyd edib.

    Tarix : 26-12-2024, 08:11 | Oxunub: 1 104