• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Avtobus dayanacağının nişanı var, özü isə yoxdur - Sərnişinlərdən ŞİKAYƏT

    02

    yan

    Avtobus dayanacağının nişanı var, özü isə yoxdur - Sərnişinlərdən ŞİKAYƏT

    Bakının 8 noyabr prospektində avtobus dayancağını göstərn nişan var, amma dayanacağın özü yoxdur.

    Ekologiya.az Xəzər TV-yə istinadən məlumat verir ki, xüsusən havanın küləkli və yağışlı olduğu ərəfələrdə avtobus gözləyən sərnişinlər üçün bu vəziyyət narahatlıq yaradır.

    Sakinlər bildirirlər ki, əvvəl bu ərazidə, dayanacaq quraşdırılmışdı, ancaq sonradan yığışdırılıb.

    Prospekt boyunca bir çox yerdə sadəcə dayanacağın olduğunu bildirən lövhələr quraşdırılıb.

    Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, mərhələli qaydada dayanacaq pavilyonları yenilənir.

    Sözügedən ərazidə də bu isitqamətdə işlər həyata keçirilir.

    Ətraflı süjetdə:

    Tarix : 2-01-2025, 09:05 | Oxunub: 1 120