• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Biləsuvarda yeniyetmə "TikTok"un güdazına getdi

    02

    yan

    Biləsuvarda yeniyetmə "TikTok"un güdazına getdi

    Biləsuvarda yeniyetmə zəhərlənib.

    Ekologiya.az APA-ya istinadən xəbər verir ki, Biləsuvar rayonun Xırmandalı kənd sakini 15 yaşlı N.T zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına çatdırılıb. Həkimlərin səyləri sayəsində yeniyetmənin həyatı təhlükəsi aradan qalxıb.

     Yeniyetmənin atası bildirib ki, övladı “TikTok” platformasında gördüyü üsuldan istifadə etməklə Yeni il gecəsinə özü üçün “səs çıxaran” qurğu düzəltmək istəyib. “Bu zaman bizdən xəbərsiz istifadə etdiyi “Net”in (təmizləyici vasitə) onu zəhərlədiyini bildik və təcili onu xəstəxanaya çatdırdıq".

     Fakt araşdırılır.

    Tarix : 2-01-2025, 10:50 | Oxunub: 1 048