• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Biləsuvarda ətrafı məişət tullantıları ilə çirkləndirən iaşə obyekti cəzalandırıldı

    23

    noy

    Biləsuvarda ətrafı məişət tullantıları ilə çirkləndirən iaşə obyekti cəzalandırıldı

    Biləsuvarda ətrafı məişət tullantıları ilə çirkləndirən iaşə obyektinin sahibi inzibati məsuliyyətə cəlb olunub.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Ekologiya.az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi, sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə rayon ərazisində birgə keçirdikləri tədbirlər zamanı Xırmandalı kəndində yerləşən kafenin ətrafında sənaye və məişət tullantılarının qalaqlanması halı aşkar olunub.

    Aşkarlanmış halla bağlı həmin iaşə obyektinin sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsilə inzibati tənbeh tədbiri tətbiq olunub. Bu istiqamətdə tədbirlər davam etdirilir.

    Tarix : 23-11-2023, 01:28 | Oxunub: 3 741