İki bacı dəm qazından zəhərləndi
Ağstafada zəhərlənmə faktı qeydə alınıb.Ekologiya.az xəbər verir ki, hadisə rayonun Poylu kəndində baş verib.
Kənd sakinləri, iki bacı - 2011-ci il təvəllüdlü R.Hacızadə və 2013-cü il təvəllüdlü G.Hacızadə yaşadıqları evin vanna otağında dəm qazından zəhərlənib. Hər iki yeniyetmə xəstəxanaya yerləşdirilib. Dərhal onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilib.