• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Polis Xəzər rayonunda narkopriton aşkarladı (FOTO)

    09

    yan

    Polis Xəzər rayonunda narkopriton aşkarladı (FOTO)

    Polis Xəzər rayonunda narkopriton aşkarlayıb.

    Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində Şüvəlan qəsəbəsi ərazisində narkotik vasitələrin qəbul edildiyi məkan aşkarlanıb.


    Tədbir zamanı narkotiklərin istifadəsinə şərait yaradan ev sahibi Hikmət Aslanov və həmin ünvanda narkotik vasitələr qəbul edən daha 12 nəfər saxlanılıb.

    Qeyd edilən məkana baxış zamanı müxtəlif növ narkotik maddə, psixotrop maddə və onların prekursorları aşkarlanaraq götürülüb.

    Faktla əlaqədar Xəzər Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

    Polis Xəzər rayonunda narkopriton aşkarladı (FOTO)
    Polis Xəzər rayonunda narkopriton aşkarladı (FOTO)


    Polis Xəzər rayonunda narkopriton aşkarladı (FOTO)

    Tarix : 9-01-2025, 20:23 | Oxunub: 4 048