• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Rayon Polis Şöbəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin reydi zamanı qanunsuz torpaq daşınması faktı aşkarlanıb

    21

    noy

    Rayon Polis Şöbəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin reydi zamanı qanunsuz torpaq daşınması faktı aşkarlanıb

    Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində yer təkinin istifadə qaydalarının pozulmasına qarşı monitorinq tədbirləri həyata keçirib.

    Ekologiya.az xəbər verir ki, Goranboy Rayon Polis Şöbəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı regional idarəsinin əməkdaşlarının birgə keçirdikləri sonuncu reyd zamanı rayonun Veysli kəndi ərazisində qanunsuz olaraq "KAMAZ" markalı yük avtomobili ilə torpaq daşınması aşkarlanıb.

    Faktla bağlı 2 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 228-ci ( İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmə) maddəsi ilə protokol tərtib olunub.
    Araşdırmalar davam etdirilir.

    Tarix : 21-11-2023, 11:48 | Oxunub: 1 038