• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Türkiyənin cənubunda zəlzələ olub

    10

    yan

    Türkiyənin cənubunda zəlzələ olub

    Türkiyənin cənubundakı Hatay şəhərinin Yayladağı rayonunda 4 maqnitudalı zəlzələ olub.

    Ekologiya.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

    Qeyd olunub ki, yeraltı təkanların ocağı 13,3 km dərinlikdə yerləşib. Bildirilib ki, təbiət hadisəsi yerli vaxtla 07:08-də (Bakı vaxtı ilə 08:08) qeydə alınıb.

    Tələfat və dağıntı barədə məlumat verilməyib.

    Tarix : 10-01-2025, 11:46 | Oxunub: 1 144