• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur

    12

    yan

    Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur

    Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur.


    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Ekologiya.az-a verilən məlumata görə, duman az qradiyentli atmosfer təzyiqi sahəsində və dənizdən əsən zəif cənub-şərq axınları ilə rütubətli hava kütlələrinin sahilyanı ərazilərə yayılması fonunda yaranıb.

    Dumanlı hava Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Şahbuz, Naxçıvan, Culfa, Quba, Qusar, Sabirabad, Yevlax, Cəfərxan, Neftçala, Şabranda görmə məsafəsinin 50-500 metrədək məhdudlaşmasına səbəb olub.

    Qeyd edək ki, duman sinoptik şəraitlə əlaqədar olaraq, gözlənilən atmosfer hadisəsidir.

    Tarix : 12-01-2025, 15:50 | Oxunub: 1 240