• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Dumanlı hava şəraiti fevralın 15-dək davam edəcək

    13

    fev

    Dumanlı hava şəraiti fevralın 15-dək davam edəcək

    Dumanlı hava şəraiti fevralın 15-dək davam edəcəyi bildirilib.

    Milli Hidrometeorologiya Xidmətindən Ekologiya.az-a verilən məlumatına görə, ölkə ərazisində müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir. Dumanlı hava şəraitinin fevralın 15-dək fasilələrlə davam edəcəyi gözlənilir.
    Qeyd edək ki, dumanlı hava şəraitinin  səbəbi  nisbətən soyuq hava kütləsinin isti səth üzərinə hərəkəti nəticəsində yaranan inversiya qatıdır. Xəzər dənizi üzərində formalaşan duman qatı  cənub-şərq  istiqamətli küləklərlə  Abşeron yarımadasına daxil olub.
    Hazırda Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 10 dərəcə yüksəkdir.

    Tarix : 13-02-2024, 14:00 | Oxunub: 1 773