• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Dumanlı hava şəraiti müşahidə olunur

    07

    mar

    Dumanlı hava şəraiti müşahidə olunur

    Hazırda ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur.

    Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov Ekologiya.az-a bildirib ki, görünüş məsafəsi Bakı və Abşeron yarımadasında, Qobustan, Quba, Qusar, Zərdab, İmişli, Cəfərxan, Biləsuvar, Lənkəranda 500 metrədək məhdudlaşıb.

    Xidmət rəisinin sözlərinə görə, dumanlı hava şəraitinin səbəbi nisbətən soyuq hava kütləsinin isti səth üzərinə hərəkəti nəticəsində yaranan inversiya qatıdır.


    “Duman ilin keçid dövrləri üçün xarakterik olan və sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir. Dumanlı hava şəraitinin bu gün gündüz saatlarınadək davam edəcəyi gözlənilir”.

    Tarix : 7-03-2024, 13:46 | Oxunub: 72